Krİmİnal

Gəncə sakini Şəmkirdə cibgirlik etdi

Gəncə sakini Şəmkirdə cibgirlik etdi
 
Şəmkirdə cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, rayon Polis Şöbəsinə bu ilin mart ayında cibgirliklə oğurluq cinayətinin törədilməsi ilə bağlı bir neçə müraciət daxil olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis rayon ərazisində cibgirlik edən Gəncə şəhər sakini, əvvəllər müxtəlif maddələrlə məhkum olunan Rövşən İsmayılovu saxlayıb. 

Baş müstəntiq Elvin Gözəlovun sözlərinə görə, onun digər analoji cinayətlərdə əlinin olub-olmadığı araşdırılır: "İsmayılov Rövşən Yəhya oğlunun Şəmkir şəhəri ərazisində cibgirlik yolu ilə oğurluq etdiyi məlum olub və o saxlanılara istintaqa təqdim olunub. Onun digər analoji cinayətlərdə əlinin olub-olmadığı araşdırılır”. 

İstintaq yolu ilə müəyyən edilib ki, Rövşən İsmayılov təkcə Şəmkirdə cibgirliklə üç oğurluq cinayəti törədib. O, bu yolla əldə etdiyi mobil telefonları satıb, pulu isə xərcləyib. Ömrünün 40 ilini dəmir barmaqlıqlar arasında keçirən Rövşən İsmayılov əməlinə görə heç də peşman görünmür: "Ayın 4-ü bir gəldim, 16-da bir dəfə gəldim. Minirdim avtobusa götürüb düşürdüm. Sonra da aparıb satıb pulunu xərcləmişəm”. 

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X