Cəmİyyət

Gəncədə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası gənclərin fəallığı ilə davam edir - FOTO-VİDEO

Gəncədə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası gənclərin fəallığı ilə davam edir - FOTO-VİDEO
 Yeni Azərbaycan Partiyasının başlatdığı "Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiya Gəncədə yüksək fəallıqla davam edir. 

Sosial izolyasiya tədbirlərinə dəstək verən YAP Gəncə şəhər təşkilatının fəal üzvləri, könüllüləri köməyə ehtiyacı olan, yaşı 65-dən yuxarı tənha insanların evlərinə baş çəkir, onlara koronavirusdan qorunmaq, sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırır, xəstəlikdən qorunma yolları ilə əlaqədar məlumatlar verirlər. 

Gənclər həmçinin Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahında 24 saat fəaliyyət göstərən (022)2561504 nömrəli qaynar xəttlə əlaqə saxlayan yaşlı vətəndaşların evlərinə gedib, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərirlər. 

Yaşlı insanlar bu nəcib təşəbbüsə görə gənclərə təşəkkür edib, əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930