AKTUAL

Əfqan Nağıyevin azadlığa çıxma xəbəri yalandır - Hakimdən və Baş Prokurorluqdan açıqlama

Əfqan Nağıyevin azadlığa çıxma xəbəri yalandır - Hakimdən və Baş Prokurorluqdan açıqlama
 

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyevin azadlığa çıxması ilə bağlı məlumat yayılıb.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov bildirib ki, sabiq rəisin azadlığa çıxması xəbəri yalandır.


"Əfqan Nağıyev səhhəti ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərarı əsasında ev dustaqlığına məhkum edilib". 


Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Ə.Nağıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına şərait yaradılması üçün çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə rüşvət almaqda şübhəli sayılıb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

 

***

 

 

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyevin ev dustaqlığına buraxılması ilə bağlı açıqlama yayıb.

Sfera.az xəbər verir ki, qurumun mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi avqustun 8-də Ə.Nağıyevin ev dustaqlığına buraxılması haqda qərar verib.


 

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930