Təhsİl

Gömrük Akademiyasında dərslər distant formada keçirilir

Gömrük Akademiyasında dərslər distant formada keçirilir
 
Koronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin
müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə
Dövlət Gömrük Komitəsinin Akademiyasında bütün dərslər distant formada təşkil edilir.
Dərslərin distant keçirilməsi üçün Akademiyada yaradılan şərait ən müasir tələblərə tam cavab
verir.
Gömrük Akademiyasında distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə
tutulmuş dərsləri əvəz edir. Sistemə qoşulan hər bir tələbə distant dərs zamanı mühazirəni
dinləməklə yanaşı, müəllimə müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi
aparmaq imkanına malikdır. Eyni zamanda, müəllimin distant formada mühazirəsi avtomatik
olaraq yazılır. Bu da tələbələrə həmin mühazirəni dərsdən sonra yenidən dinləmək imkanı verir.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031