Gömrükçülərlə sərhədçilər arasında əlbəyaxa dava - Qazaxda insident

Gömrükçülərlə sərhədçilər arasında əlbəyaxa dava - Qazaxda insident
Dünən axşam saatlarında Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları arasında dava düşüb.

Gununsesi.info-nun xəbərinə görə, dava Azərbaycan-Gürcüstan sərhəddindəki "Sınıq Körpü” sərhəd-keçid məntəqəsində baş verib.

Olaydan sonra Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov Qazaxa gedib. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, hər iki qurum baş verənlərə görə məsuliyyəti bir-birinin üzərinə atır. 

Mövzuya qayıdacağıq.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31