Sİyasət

Gürcüstan patriarxı cəbhədəki qarşıdurma ilə bağlı bəyanat yaydı

Gürcüstan patriarxı cəbhədəki qarşıdurma ilə bağlı bəyanat yaydı
"Ermənistan və Azərbaycan arasındakı son qarşıdurmaları çox narahatlıqla qarşıladıq".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan patriarxı II İlyanın yaydığı bəyanatda bildirilib.

O, baş verənlərin Gürcüstan üçün xüsusilə ağrılı olduğunu qeyd edib: "Çünki Gürcüstan hər iki ölkənin qonşusu və dostudur. Gürcüstanda bir çox azərbaycanlı və erməni yaşayır".

II İlya ümidvar olduğunu bildirib ki, hər iki ölkənin hakimiyyəti və beynəlxalq ictimaiyyət vəziyyətin daha da kəskinləşməsinə imkan verməyəcəklər: "Vəziyyətin daha da gərginləşməsi Qafqaz üçün problem olmaqla yanaşı, bütün dünya üçün də böyük çağırış olacaq. Biz Azərbaycan, Ermənistan və bütün Qafqazda sülhün olması üçün Allaha dua edirik".

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031