Sİyasət

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı
 Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Sfera.az xəbər verir ki, dövlət başçısı bölgədə sülh və təhlükəsizliyin önəmli olduğunu bildirib.

S.Zurabişvili qeyd edib ki, bu gün gözəgörünməz düşmənlə birgə mübarizə aparılan bir dövrdə beynəlxalq həmrəylik və qlobal sabitliyin saxlanılması böyük əhəmiyyətə malikdir: "Bölgəmizdə sülh və sabitlik həm Gürcüstan, həm də dost və tərəfdaş ölkələr - Azərbaycan və Ermənistanın gələcək inişafı və tərəqqisi üçün önəmlidir”.

Prezident ümidvar olduğunu bildirib ki, lazımi addımlar zamanında atılacaq və sülh danışıqları yolu ilə vəziyyətin gələcək eskalasiyasına yol verilməyəcək.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31