Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 12-yə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 12-yə çatdı

Gürcüstanda koronavirus diaqnozu qoyulan şəxslərin sayı 12-yə çatıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda yerləşdirilib.

Bildirilib ki, karantində 140, tibbi nəzarətdə isə 42 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-ə çatıb. Bunların 57 629 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930