No image
Dünya

Gürcüstanda məhdudiyyətlər iyulun 15-dək tətbiq olunacaq

Gürcüstanda məhdudiyyətlər iyulun 15-dək tətbiq olunacaq
 Gürcüstan parlamenti birinci oxunuşda "İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri dəstəkləyib.

Sfera.az xəbər verir ki, qanun layihəsinin lehinə 80, əleyhinə isə 3 deputat səs verib.

Sənədə əsasən, hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək.

Düzəlişlər hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri əhatə edir.

Parlament çoxluğunun üzvləri bildirib ki, dəyişikliklərin yeganə məqsədi ictimai sağlamlığın qorunmasıdır. Deputat İrakli Kobaxidze məhdudiyyətlərin iyulun 15-dək tətbiq olunmasını təklif edib. Parlament üzvləri qanunvericilik dəyişikliklərini bu qeydlə dəstəkləyiblər.

Müxalifət və müstəqil deputatlar isə dəyişiklikləri dəstəkləməyiblər.

Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyət rejiminin müddəti mayın 23-də başa çatacaq. (report.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930