Sİyasət

Hacı Taleh Bağırzadə Milli Şuraya qarşı: Eldəniz Quliyevi dəstəkləyirəm

Hacı Taleh Bağırzadə Milli Şuraya qarşı: Eldəniz Quliyevi dəstəkləyirəm
 Milli Şuranın məlum "Zoom" konfransı bir çox gizlin mətləblərə aydınlıq gətirib və fikir ayrılıqlarına səbəb olub. Yaranan fikir ayrılıqları isə istefalara səbəb olmaqla yanaşı həm də şuranı bir neçə cəbhəyə bölüb.

Sfera.az xəbər verir ki, parçalanan şuranın cəbhələrinə daha bir sima daxil olub. Belə ki, Taleh Bağırzadə Milli Şuranın sədri Cəmil Həsənlinin milli mental dəyərerdən uzaqlaşaraq LGBT-nin mövqeyinə dəstək verməsini pisləyib və bunu bir ziyalıya yaraşmadığını vurğulayıb.

Həmçinin hazırda həbsdə olan Taleh Bağırzadə bir neçə gün öncə Milli Şuradan istefa verən Eldəniz Quliyevi dəstəklədiyini, onun fikirlərinin əsl ziyalı mövqeyi olduğunu bəyan edib.

"Dəyərli Eldəniz Quliyevin cinsi azlıqlara qarşı sərgilədiyi təpkini bəyənir və dəstəkləyirəm. Əsl ziyalı və ləyaqətli insan dini və mənəvi dəyərlərimizi qorumaq yolunda məhz bu sayaq addımlar atmalıydı. Eldəniz müəllimə təşəkkür edirəm". (correct.az)

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031