AKTUAL

Həbs edilən icra başçıları cərimə olunacaq - Milyonlar...

Həbs edilən icra başçıları cərimə olunacaq - Milyonlar...
 "Həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından 30 milyon manat alınacaq".

Sfera.az qaynarinfo-ya istinadla xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev 2020-ci ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərdən danışarkən deyib. 

Onun sözlərinə görə, dəyişikliyə əsasən, cərimələrdən daxilolmalar 16,9 milyon manatdır: 

"Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30,0 milyon manat nəzərdə tutulur:

"Yəni camaatdan 16,9 milyon AZN, həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından isə 30 milyon manat alınacaq".

Qeyd edək ki, Maliyyə Nazirliyi Nazirlər Kabinetinə 2020-ci il büdcəsinə dəyişiklik edilməsi ilə bağlı müraciət edib.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31