No image
Cəmİyyət

Həbs olunan icra başçısının yüzlərlə sakinin torpağını zəbt etməsi haqqında yeni detallar üzə çıxdı - VİDEO

Həbs olunan icra başçısının yüzlərlə sakinin torpağını zəbt etməsi haqqında yeni detallar üzə çıxdı - VİDEO
 Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin yüzlərlə sakinin torpağını mənimsəməsi faktı REAL TV-nin reportajında işıqlandırılıb. 

Reportajda M.Quliyevin rayona rəhbərlik etdiyi doqquz il ərzində sakinlərin sənədli torpaq sahələrini zəbt etməsindən, bu sahələrdə öz biznesini qurmasından danışılır.

Şikayətçilərdən biri Biləsuvar sakini Xanhüseyn Hüseynovdur. O, deyir ki, 50 hektar torpaq sahəsi M.Quliyev tərəfindən zorla əlindən alınıb. 

Telekanalın Biləsuvardan olan başqa bir reportajında isə bildirilib ki, M.Quliyev rayona rəhbərlik etdiyi dövrdə onun göstərişi ilə Heydər Əliyev parkında ümummilli liderin heykəli götürülüb və gözdən uzaq bir yerə - rayon mərkəzindən 26 kilometr aralıqda yerləşən Səmədabad kəndinə aparılıb. Hazırda heykəl həmin kənddədir.

Həmin park isə baxımsız vəziyyətdədir və burada yalnız yerlərin satışı həyata keçirilir. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930