"Hər bir ölkənin təcavüzə müqavimət göstərmək hüququ var"

Nüfuzlu Rusiya saytı Pravda.ru Azərbaycanın işğal altındakı ərazilərində aparılan hərbi əməliyyatlarla bağlı məqalə ilə çıxış edib. Sfera.az həmin məqaləni təqdim edir.


2020-ci ilin 27 sentyabrında Dağlıq Qarabağ ətrafında vəziyyət kökündən dəyişdi. 1994-cü ilin aprelində atəşkəs elan olunduqdan sonra aparılan danışıq və məsləhətləşmələr 26 il idi, heç bir nəticə vermirdi.


Bu vəziyyətdə "tərəflərdən hansı ilk atəş açdı?” sualı o qədər də prinsipial görünmür. Hərçənd ki, həmin günün səhəri erməni güllə-baranının qurbanı olan mülki vətəndaşlar dünyaya tanıdıldı. Məlum olduğu kimi, dünyanın heç bir dövləti qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımayıb və həmin bölgənin ərazisi BMT də daxil olmaqla, hər kəs tərəfindən Azərbaycan ərazisi kimi qəbul olunur. Dağlıq Qarabağ ərazisinin 30 ilə yaxın bir müddət davam edən işğalına son qoyulmur.


İstənilən dövlətin silah gücü ilə ələ keçiriləntorpaqlarını azad etməyə başlamaq üçün qanuni hüququ olub və olacaq. Bunun üçün heç bir formal səbəbə ehtiyac yoxdur. Hər bir suveren ölkə müdafiə və özünümüdafiə, eləcə də təcavüzə müqavimət göstərmək hüququna malikdir.


Erməni tərəfi inadla Azərbaycan ərazisinin qanuni işğalı və ilhaqının tanınması tələbi üzərində dayanırdı və heç bir güzəştə getmirdi. Hakimiyyət inadla Qarabağ problemini sülh yolu ilə həll etmək cəhdlərini heçə endirirdi.

 

Torpaqların zəbt edilməsi faktı ilə yanaşı, Dağlıq Qarabağvə ətraf bölgələrdə ev-eşiyindən didərgin salınan yüz minlərlə azərbaycanlı qeyd edilməlidir. Bu insanlar doğma el-obalarına, ata yurdlarınaqayıtmaq imkanından məhrumdurlar. Qaçqınlıqda anadan olan, heç vaxt babalarının və ulu babalarının məzarlarını görməyən bütöv bir nəsil yetişib. Onların faciəsini unutmaq olmaz.


Baş nazir Paşinyanın son açıqlamaları əslində onun danışıq qabiliyyətli olmadığını dünyaya nümayiş etdirdi. Onun Azərbaycan qarşısındda qoyduğu "yeddi şərti” mövcud hakimiyyətin münaqişəni sülh yolu ilə həll etmək istəmədiyini açıq-aydın göstərir. Bundan əlavə, son günlərdə baş nazirin taxt-tacı laxlamağa başlayıb, Ermənistanda daxili siyasi vəziyyət pisləşib. Müxalifət lideri Qagik Tsarukyanın həbsi buna daha bir sübutdur. Buna görə də Paşinyan, itirilmiş nüfuzunuqaytarmaq və öz mövqelərini möhkəmləndirmək üçün ən sadə, eyni zamanda da ən təhlükəli bir yol seçib- Dağlıq Qarabağ ətrafında gərginlik yaratmaq yolunu.

 

Bu mürəkkəb və dramatik günlərdə informasiya müharibəsi də gedir. Efirə və internetə dezinformasiya, ağ yalan və təhqir dolu materiallar ötürülür. Bu səbəbdən baş verənlərə ayıq başla yanaşmaq, təxribatlara uymamaq, dünyaya və bütün xoşməramlı insanlara vəziyyətin əslində nə yerdə olduğunu anlatmaq, olaylardan xəbərsiz olanları faktlarla tanış etmək olduqca vacibdir.


Dünya liderləri iki ölkənin rəhbərliyinə hərbi əməliyyatların dərhal dayandırılması xahişi ilə müraciət ediblər, amma hələlik heç kim hərbi əməliyyatların dayandırılması məqsədi ilə bu və ya digər tərəfə təzyiq göstərməkdən danışmır. Amma istənilən halda bir məsələ aydındır: vəziyyətin həlli ədalətə, beynəlxalq hüquqa əsaslanan genişmiqyaslı tənzimlənmə ilə nəticələnməlidir.


Sergey Fasenko

politoloq

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031