No image
İqtİsadİyyat

“Hökumətin, xüsusən iqtisadi blokun diqqətini bu məsələyə çəkdim ki…” - BƏHRUZ MƏHƏRRƏMOV

“Hökumətin, xüsusən iqtisadi blokun diqqətini bu məsələyə çəkdim ki…” - BƏHRUZ MƏHƏRRƏMOV
 "Dövlət satınalmaları haqqında” qanunun 50-1-ci maddəsinin tələbinə əsasən iri sahibkarlar qiyməti 3,0 milyon dolların manat ekvivalentində və ya ondan aşağı olan malların (iş, xidmət) alınmasında iştirak edə bilmir. Beliklə, dövlət orqanları öz risklərini daha etibarlı, riski qarşılaya biləcək yüksək kapitala və ödəniş qabiliyyətinə malik şirkətlərdə sığortalamaq imkanından məhrum olur. Nəticədə kifayət qədər strateji əhəmiyyətli risklər bu riski təmin etmək iqtidarında olmayan kiçik və orta sığortaçılara həvalə olunur.

Sfera.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

"Onlar isə bu yükü qaldıra bilmədikləri üçün vəsaitin böyük hissəsini təkrarsığorta formasında xarici şirkətlərə ötürməli olurlar. Baxmayaraq ki, indiki halda, habelə postpandemiya dövründə ölkədən valyuta axının minumuma endirilməsi mühim şərtlərdən biridir. Milli Məclisin bugünkü iclasında "Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik layihəsinin (3-cü oxunuş) müzakirəsi zamanı çıxış edərək hökumətin, xüsusən iqtisadi blokun diqqətini bu məsələyə çəkdim…"-deyə, o, əlavə edib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930