Maraqlı

İçdiyiniz çayın saxta olmasını belə bilmək olur - METOD

İçdiyiniz çayın saxta olmasını belə bilmək olur - METOD
 Çayın saxta olub-olmadığını necə anlamaq olar? Bu mümkündürmü?

Sfera.az bildirir ki, türk mütəxəssis Osman Baykal saxta çayı aşkarlamağın ən səmərəli yolunu açıqlayıb.

Onun sözlərinə görə soyuq suyun içərisinə bir miqdar quru çay atdıqda, su dərhal qırmızı rəngə boyanırsa, bu çayın insan sağlamlığı üçün təhlükəli olduğunu göstərir.

O qeyd edib ki, bəzi firmalar çayı daha keyfiyyətli göstərmək üçün ona qida boyası əlavə edir. Ancaq ən təhlükəlisi çayda istifadə edilən kimyəvi maddələrdir. Bu cür saxta çaylar insanın səhhətinə ciddi ziyan vurur.
 
(medicina.az)

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031