Hadİsə

İçərişəhərdə partlayış olub, 7 nəfər xəsarət alıb

İçərişəhərdə partlayış olub, 7 nəfər xəsarət alıb
 

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.

Sfera.az  xəbər verir ki, partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.

Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.

İlkin ehtimala görə, hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "Report"a bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.

Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə aparılıb: "Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar".

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031