Cəmİyyət

İcra başçısı liseyin pəncərələrini hördürdü: Villası görünürmüş – VİDEO

İcra başçısı liseyin pəncərələrini hördürdü: Villası görünürmüş – VİDEO
 

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.  

Sfera.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.  

Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.  

"Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, – məlumatda qeyd olunub. 

Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.  

Xəbərdə o da vurğulanır ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.  

İcra başçısı onun özəlləşdirərək özünə ev edib. 


(yenisabah)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31