No Image
No Image

İcra başçısının bu addımı gülüş hədəfinə çevrildi — FOTO

İcra başçısının bu addımı gülüş hədəfinə çevrildi — FOTO
 Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, yerlərdə vəzifə borclarının icrası və təsərrüfat işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə müşavirə keçirib.
 

Sfera.az-ın pravda.az-a istinadən xəbərinə görə, müşavirədə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar tələblərin, xüsusən də sanitar-epidemiloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusiə yaşı 65-dən yuxarı olan şəxslərə dəstək göstərilməsinin nəzarətdə saxlanılması, şəxsi gigenik qaydalara əməl edilməsi, əlcək və tibbi maskalardan istifadə etmələri barədə maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verilib. Sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə, təsərrüfat işləri ilə əlaqədar fermerlərə hərəkət barədə arayışların verilməsinə toxunan rayon rəhbəri, bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırıb. Rayonda kənd təsərrüfatı sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə toxunan rayon rəhbəri təsərrüfatı işlərinin gedişi, o cümlədən çiyid, çuğundur səpini, barama saxlanılması vəziyyəti barədə məlumatları dinləyib, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndələrə və digər aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd: İcra başçısının və digərlərinin videobağlantıya bağlantıya maska ilə qatılması gülüş hədəfinə çevrilib. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, belə formada video-konfransın keçirilməsi gülüncdür. Deyilənlərə münasibət öyrənmək üçün rayon icra hakimiyyəti ilə əlaqə saxlanılsa da, cavab verən olmayıb. 


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər - FOTOLAR

  Bakıda "Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik"də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb. "Qafqazinfo" xəbər veri...

Azərbaycanda vəzifəli şəxsi bıçaqlayan ələ keçdi - FOTO

 "Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovu bıçaqlayan Orxan Fərəcbəyli saxlanılıb.  Bununla bağlı Sfera.az-a hüquq-mühafizə orqanlarından m...

DTX-nın keçirdiyi əməliyyatlarda bu şəxslər də məsuliyyətə cəlb edilib – RƏSMİ

  Son günlər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatlar zamanı məsuliyyətə cəlb edilən icra hakimiyyəti başçıları, nazir müavinləri və ...

DTX-nin əməliyyat keçirdiyi qurumun rəhbəri bu generaldır - FOTOLAR

  Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsin...

DTX-nin saxladığı rəis görün müğənnilərə NƏ ŞƏRTLƏR QOYUBMUŞ - ŞOK FAKTLAR

  Məlum olduğu kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Sfera.az  xəbər verir ki, rəsmi açıql...

Daha bir icra başçısının topdağıtmaz sərvəti - SİYAHI + FOTO

  Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında Qaradağ rayon icra başçısının əmlakı haqda məqalə yayımlayıb.  Sfera.az  sözüg...