Gündəm

“İcra qolunda elita dəyişikliyi baş verir və …” – KADR İSLAHATLARI DAVAM EDƏCƏKMİ?

“İcra qolunda elita dəyişikliyi baş verir və …” – KADR İSLAHATLARI DAVAM EDƏCƏKMİ?

"Mütləq kadr dəyişiklikləri olacaq. Amma kadr islahatları əslində mövcud problemlərin həlli üçün kifayət deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məmurlara sərt xəbərdarlıq etməsi fonunda kadr islahatlarının növbəti dalğasının olacağı məsələsinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

 

"Kadr islahatları olmalıdır. Yeni kadrların, yeni düşüncə fərdlərinin vəzifələrə gətirilməsi mütləq baş verəcək. İcra qolunda elita dəyişikliyi baş verir və bundan sonra da olacaq”.

 

Amma həmsöhbətimizə görə, daha önəmlisi sistemli dəyişikliklərin olmasıdır: "Məmur tək Prezidentin qəzəbindən qorxmamalıdır. Həm də qanundan qorxmalıdır. Bunun üçün qanunlar işlək hala gəlməli, məhkəmə hakimiyyəti çevik olmalı, sürətlə işləyən ədalətli məhkəmə sistemi qurulmalıdır. Vətəndaş cəmiyyəti kifayət qədər inkişaf etməlidir. Prezidentin özü də dəfələrlə deyib ki, vətəndaş nəzarəti olmalıdır. Amma Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti çox acınacaqlıdır. 2013-cü ildə qanunlara edilən dəyişikliklər vətəndaş cəmiyyətinin işini xeyli əngəlləyib. Bu əngəllər aradan qaldırılmalı, vətəndaş nəzarəti gücləndirilməli, qanunun aliliyi təmin olunmalıdır. Yalnız bu halda məmurların işində dönüş olacaq”.

 

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930