İlham Əliyev İsa Qəmbərin ata yurdunu işğaldan azad etdi

İlham Əliyev İsa Qəmbərin ata yurdunu işğaldan azad etdi
"Atamın doğulduğu kəndin işğaldan azad edilməsi münasibətilə dostlar zəng edib təbrik edir, jurnalistlər fikrimi-hissimi soruşurlar. Çox sağ olsunlar!”.

Sfera.az xəbər verir ki, bu sözləri Müsavat Partiyasının keçmiş başqanı, Milli Stratehi Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Füzuli rayonunun Kürdlər kəndinin azad edilməsi barədə deyib.

İsa Qəmbər əlavə edib ki, Azərbaycan torpağının hər qarışı onun üçün müqəddəsdir. "Hər bir kəndimizin, şəhərimizin azad edilməsinə çox sevinirəm.

Bu gün isə ən çox sevindiyim Zəngilanın azad edilməsiylə Azərbaycanımızın öz cənub sərhədlərinə sahib çıxması, bu sərhədlərin Ermənistanın (və dolayısı ilə Rusiyanın) nəzarətindən qurtulmasıdır.

Bu geostrateji uğurdur!”, - deyə o vurğulayıb.

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30