İqtİsadİyyat

İlin ikinci yarısında dollara tələb ARTACAQ

İlin ikinci yarısında dollara tələb ARTACAQ
Bu ilin ilk 4 ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) proqnozlaşdırılandan az məbləğdə valyuta satışını həyata keçirib. 

Proqnoza əsasən, ARDNF hər ay orta hesabla 598 milyon dollar dəyərində valyutanı manata çevirərək dövlət büdcəsinə köçürməlidir. Gözləntiyə uyğun olaraq ARDNF yanvar-aprel ayları ərzində 2,392 milyard dollar satmalı idi. Amma yanvar-aprel ayları ərzində ARDNF proqnozdan 403 milyon dollar az, yəni 1,989 milyard dollar dəyərində xarici valyuta satıb.

ARDNF valyuta satışı yanvarda 644,9 milyon dollar, fevralda 437,3 milyon dollar, martda 397,7 milyon dollar, mayda 509,9 milyon dollar təşkil edib.  

Sfera.az bildirir ki, Mərkəzi Bank valyuta satışının azalmasını dollara tələbin zəifləməsi ilə əlaqələndirir. 

Bəs, bu il, dollara tələbin zəifləməsini nə ilə izah etmək olar?

Sfera.az saytına danışan iqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, ilin əvvəlində iqtisadi aktivliyin aşağı olması, əhalinin gəlir və xərclərinin azalması dollara tələbin zəifləməsində əsas rol oynayıb. Onun fikrincə, dollara tələbi zəiflədən digər amil manata inamın artmasıdır: 

"2021-ci ildə Neft Fondu dövlət büdcəsinə 12,2 milyard manat, dollarla ifadə etdikdə 7,176 milyard vəsait transfer etməlidir. Mərkəzi Bank çalışır ki, valyuta bazarında qeyri-mütənasiblik yaranmaması üçün illik vəsaiti aylar üzrə bərabər şəkildə bölərək büdcəyə köçürsün.
 
Amma birinci rübdə iqtisadi aktivlik digər rüblərə nisbətən aşağı olduğundan və dövlət büdcəsindən az vəsait xərcləndiyindən dollara tələb güclü olmayıb. İlk 3 ayda ÜDM istehsalı 1,3, əhalinin nominal gəliri 1,1 faiz azalıb. İqtisadi geriləmənin olması insanların xərclərinə təsir edib və pərakəndə ticarət dövriyyəsi 1,1 faiz kiçilib. 
Hazırda xarici şərtlər də manat üçün əlverişlidir. Neftin qiymətinin yüksəlməsi devalvasiya riskini azaldıb, insanlarlarda manatın sabit olacağına dair inam güclənib. Bu psixoloji hal yığımları manatda daha uzun müddət saxlamağa imkan verir. 
Banklardan dollar almaq da çətinləşdirilib. Buna görə də manatla vəsaiti olanlar istəsələr də,  yetəri qədər dollar ala bilmir”. 

X.Kərimli düşünür ki, ilin ikinci yarısında dollara tələb yenidən güclənəcək və ARDNF nəzərdə tutulan vəsaiti satacaq: 

"Dollara tələbdə ikinci və ya ən geci üçüncü rübdən artım müşahidə edəcəyik. İqtisadi aktivlik artdıqca, xərclər artacaq və bu, dollara tələbi gücləndirəcək. 

Dollara olan tələbi karantin rejiminin vəziyyəti də müəyyənləşdirir. İlin ikinci yarısında karantinin yumşaldılacağı gözlənilir. Əgər bu baş verərsə, dollara tələb artacaq və Neft Fondu dollarla olan vəsaitlərini manata çevirməkdə çətinlik çəkməyəcək”. 

Vasif
Sfera.az

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31