Sİyasət

İlqar Məmmədovdan qalmaqallı açıqlama Onu Trampa oxşatdılar

İlqar Məmmədovdan qalmaqallı açıqlama – Onu Trampa oxşatdılar

Respublikaçı Alternativ Partiyası (REAL) fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində uğur qazanıb. 

 

 

Sfera.az xəbər verir ki, bu, REAL-ın sədri İlqar Məmmədovun gəldiyi nəticədir. Onun fikrincə, REAL parlament partiyasına çevrilməklə böyük uğura imza atıb. "REAL partiyası bu seçkilərdə uğur qazanıb. Biz parlament partiyasına çevrildik. Bu böyük uğurdur. Hansı partiya bunu edə bilərdi?!”, - deyə REAL sədri bildirib. 

REAL-ın seçkilərdə yalnız bir nümayəndəsi qalib gəlib. Partiyanın qurucu üzvü Erkin Qədirli 16 saylı Yasamal ikinci seçki dairəsindən 35.6 faiz səslə deputat seçilib. 

İlqar Məmmədov seçkiyə qatılmayan siyasi qüvvələri də ittiham edib: "Bu uğuru qazanmayanlar bizə damğa vurmasınlar. Biz parlamentdə təmsilçilik qazanmışıq. Kim bacarardı gələrdi qazanardı. Qorxdular seçkidən. İnsanları seçkiyə gətirməkdən qorxdular. Hərəsi qaçdı bir yerdə gizləndi”. 

İlqar Məmmədovun bu dəyərləndirilməsi birmənalı qarşılanmayıb. Ona ən sərt cavab isə ictimai fəal Bəxtiyar Hacıyevdən gəlib. Onun fikirlərini təqdim edirik: "Hörmətli REALçı dostlar, sədrinizi rayonlardan birində bir həftəlik istirahətə aparın. Narahatıq...

Yoldaş Məmmədov karyerasına Rus Dram Teatrından başlamış PA şöbə müdiri ilə görüşəndən sonra dramatik çıxış edir, uğur hekayəsi danışır.

Cəsarətli çıxış tonu ilə Əli Kərimliyə oxşamaq istəyir, nəticədə Trampa oxşayır.

Ciddiyə alıb, dediklərinə cavab vermək lazımdırsa, yoldaş Məmmədova deyin ki, parlamentdə qeydiyyata alınmış partiyalardan VHP-nin 3 deputatı oldu, Elşən Musayev (ADMP), Fazil Mustafa (BQP), Qüdrət Həsənquliyev (BAXCP), Tahir Kərimli ("Vəhdət” Partiyası), Asim Mollazadə (Demokratik İslahatlar Partiyası) və s. və ilaxır da təmsil olunur. Sədr səviyyəsində. REAL kimi qeydiyyata alınmayan partiyalardan isə Razi Nurullayevin AXCP-si də sədr səviyyəsində təmsil olunur. Bunu uğur sayır yoldaş Məmmədov?

Real sədri və neçə namizədini qeydiyyata almadılar, namizədlərinin çoxu 20 namizəd arasında 15-17ci yer tutdu, ölkə üzrə cəmi 17-18 min arası səs aldılar, 10 namizədlik dairədə 10-cu yer tutan namizəd oldu, dairə üzrə cəmi 49 səs toplamış namizəd oldu, Erkin Qədirlinin səslərini ən azı 8 məntəqədə şişirdib, qarşısına rəqib çıxarmayıb, deputat elədilər, yoldaş Məmmədov bunu uğur sayır?

REAL namizədlərindən bəziləri seçki nəticələrindən şikayət vermədi. Çoxunu nə MSK qarşısında, nə KM qarşısında aksiyalarda görmədik. "qorxdular, qaçdılar, gizləndilər" deyəndə onları da nəzərdə tutmursa, hansı mübarizədən danışır Məmmədov?

Heç Nigar Arpadarai seçki uğurundan belə pafosla danışmadı.

Hörmətli REALçı dostlar, lütfən, sədrinizi rayonlardan birində bir həftəlik istirahətə aparın. Narahatıq...” (yeni sabah)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930