Sağlıq

İltihabla mübarizə aparır, immuniteti yüksəldir

İltihabla mübarizə aparır, immuniteti yüksəldir

Ədviyyatlar qidaya dad verməklə yanaşı, sağlamlığın dəstəklənməsində də vacib rol oynayır. Bu, Çili bibərinə də aiddir.

Sfera.az qafqazinfo-ya istinadən onun ən yaxşı xüsusiyyətlərini təqdim edir:

İltihabla mübarizə aparır. Çili bibəri anti-iltihabi xüsusiyyətə malikdir. Onun istifadəsi iltihabla bağlı ağrını azaltmağa kömək edir. Məsələn, artrit, anqina və psoriaz zamanı.  

Ürək əzələsini möhkəmləndirir. Bu gün ürək xəstəlikləri - bütün dünyada əsas ölüm səbəblərindən biridir. Çili bibəri miokardı sağlamlaşdırır. Onun tərkibindəki birləşmələr qanda xolesterin və triqletseridlərin səviyyəsini aşağı salmaqda kömək edir.

 

İmmuniteti yüksəldir. Çili bibəri A vitamini və digər antioksidantlarla zəngindir. Bu da onu orqanizmi infeksiyalardan qorunmada əvəzsiz vasitəyə çevirir. Həmin maddələr hüceyrələri dağılmağa qoymur və orqanizmdə sərbəst radikalların aktivliyini azaldır.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031