AKTUAL

Çin koronavirusa görə məsuliyyət daşımadığını bildirdi – ABŞ-la diplomatik savaş

Çin koronavirusa görə məsuliyyət daşımadığını bildirdi – ABŞ-la diplomatik savaş

Çin amerikalı məmurlara qarşı cavab sanksiyalarını nəzərdən keçirir.


Sfera.az RİA Novosti-yə istinadla xəbər verir ki, Çin ABŞ-ın COVİD-19-un yayılmasında Çinin əli olduğuna dair mövqeyindən son dərəcə narazıdır və cavab sanksiyalarının tətbiq ediləcəyini istisna etmir. Bu haqda mənbələrə istinadla "Global Times" qəzeti yazıb.

 

Az əvvəl respublikaçı Lindsi Qrehem ABŞ senatına "COVİD 19-a görə məsuliyyət haqqında”qanun layihəsi təqdim etdiyini bəyan etmişdi. Həmin layihə koronavirusun yayılmasında ittiham olunan Çinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Sözügedən sənəd, çinlilər xəstəliyin yaranma səbəbini izah edən hesabat təqdim etməyəcəyi təqdirdə, məhdudiyyətlərin tətbiq edilməsini təklif edir. Bu sənədin leyhinə daha 8 respublikaçı senator səs verib.

 

"Çinin cavabı rəmzi xarakter daşımayacaq, o amerikalı senatorlar üşün ağrılı olacaq əks tədbirlər görəcək”,- deyə qəzet analitiklərin sözlərini sitat gətirir.

 

 

Qlobal Times-ın məlumatına görə, ən azından dörd konqressmen və iki təşkilat sanksiyalar siyahısına daxil ediləcək. Sanksiyalar siyahısına daxil ediləcək "namizədlər” arasında ÇXR-nı koronavirus pandemiyasında günahlandıraraq ona qarşı məhkəmə davası açan Missuri ştatının prokuroru Erik Şmitt də var.

Qrehemin qanun layihəsi ABŞ senatına təqdim edilən qanun layihəsi konqresə iki ay müddətində Çinin pandemiyanın meydana gəlməsi və sözügedən virusun vəhşi heyvanlardan insanlara keçməsi mümkün olan bütün bazarları bağladığı haqda tam hesabat təqdim etdiyini təsdiq etməyi təklif edir.

 

Eyni zamanda Qrehem pandemiya başlayandan sonra Honqkonqda saxlanılan bütün fəalları azad etməyi tələb edir.

 

Qanun layihəsinin perspektivləri aydın deyil.

 

Tramp Çini tənqid edir və Pekini pandemiyaya görə necə "bədəl ödəməyə” vadar etmək lazım olduğu barədə açıq şəkildə mülahizələr yürüdür. Bu arada, nümayəndələr palatasında çoxluq təşkil edən demokratlar sanksiyaların tətbiqini dəstəkləmir.


ÇXRisə onu qeyri şəffaflıqdagünahlanıran ABŞ-ın bütün ittihamlarını rəd edir.

 

 

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X