Çin səddindən sonra ikinci ən böyük sədd Azərbaycandadır - VİDEO

Çin səddindən sonra ikinci ən böyük sədd Azərbaycandadır - VİDEO

Azərbaycanın tarixi abidəsi olan Çıraqqala yaxın vaxtlarda təmir ediləcək.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, IV-VI əsrlərdə Sasani hökmdarları tərəfində müdafiə məqsədilə tikilən qala uzun illərdir təbii fəlakətlər nəticəsində dağılmağa məruz qalıb.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.

Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən dördü salamat qalıb. Baş qüllə hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalır.

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiəsəddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Yaxın günlərdə ərazidə təmir işlərinə başlanılması planlaşdırılır.

 


 

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031