Dünya

Çində koronavirusa qarşı peyvəndin insanlar üzərində sınaqlarına başlandı

Çində koronavirusa qarşı peyvəndin insanlar üzərində sınaqlarına başlandı
 Çində SARS-CoV-2-yə qarşı peyvəndlərin sınaqlarına başlanıb.

Bu barədə Sfera.az xarici mətbuata istinadla xəbər verir.

Pekin Hərbi Tibb Akademiyasının epidemioloqu Çen Veyin başçılıq etdiyi tədqiqat qrupu adenovirus vektorlara əsaslanan rekombinant peyvənd hazırlayıb. Bildirilir ki, burada "Ebola” virusuna qarşı peyvənd yaratmaqda uğurlu təcrübədən istifadə edilib.

Peyvənd artıq heyvanların üzərində sınaqdan keçirilib. O, yaxşı nəticələr göstərdiyi üçün tədqiqatçılar klinik sınaqlara başlayıblar.

Sınaqda əsasən Uhan, Hunşan və Dunhu şəhərlərindən 18 yaşdan 60 yaşa qədər 108 könüllü iştirak edir.

Sınaqda iştirak edənlər dərmanın müxtəlif dozalarının yoxlanılması məqsədi ilə üç qrupa ayrılıb.

Peyvənddən sonra onlar 14 gün karantində qalacaqlar, sonra altı ay ərzində mütəmadi tibbi müayinələrdən keçəcəklər.

Klinik sınaqlar dekabrın 31-dək davam edəcək. Bu müddət ərzində peyvəndi yaradanlar onun effektivliyini və mümkün yan təsirləri müəyyənləşdirməyi ümid edirlər.

Bundan əlavə, orqanizmdə SARS-CoV-2 koronavirusunun "S” zülalına qarşı anticisimlərin yaranıb-yaranmayacağını öyrənməyə çalışılacaq.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930