Cəmİyyət

Çingiz Qənizadə 40-cı kənddə görüşünü keçirtdi - FOTOLAR

Çingiz Qənizadə  40-cı kənddə görüşünü keçirtdi - FOTOLAR
 

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə dairəyə daxil olan 40-cı, yəni sonuncu görüşünü keçirib. 

 

Sfera.az  xəbər verir ki, deputatlığa namizəd bu dəfə Beyləqan rayonunun Bahar kəndində  seçiciləri ilə bir araya gəlib.

 

Çingiz Qənizadə Beyləqan rayonunun Bahar kəndinə gedərkən  Qarabağ qaziləri onu müşaiyət ediblər. Qarabağ qazilərinin və kənd ictimaiyyəti üzvlərinin müşaiyəti ilə şəhid abidəsi ziyarət olunub və şəhidlərin ruhuna dualar oxunub. 
 

Kənddə görüş zamanı deputatlığa namizəd yenə də regionların sosial-iqtisadi inkişafından söz açıb. Dövlət başçısı tərəfindən həyata keçirilən vacib işləri qeyd edib. 2019-2023-cü il  Dövlət Proqramına uyğun olaraq bu əraziyə aid olan məsələləri vurğulayıb. Həmçinin,  bir gün bundan öncə Beyləqan rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian  quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası prezidentinin Sərəncamının əhəmiyyətindən danışıb. 

 

Çıxış edənlər Çingiz Qənizadə haqqında müsbət fikirlərini bildiriblər. Onun seçicilər üçün əlçatan olduğunu qeyd ediblər. Kənd sakinlərindən biri çıxış edərkən Çingiz Qənizadəyə müraciət edərkən ona və övladına diqqət və qayğı göstərildiyini, probleminin həll edilməsi üçün dəstək olduğunu  deyib. Digər çıxış edənlər deputatlığa namizədin parlament fəaliyyətini və tez-tez efirlərdəki çıxışlarını, edilən müraciətlərə diqqətlə yanaşmasını qeyd ediblər və fevralın 9-u ona səs verəcəklərini bildiriblər. 

 

Daha sonra kənd sakinlərinin xahişi ilə əvvəllər Bahar kəndində olmuş uşaq bağçasının(indi tövləyə çevrilib) vəziyyəti ilə tanış olmaq üçün həmin yerə gediblər. Deputatlığa namizədi çoxsaylı kənd sakinləri müşaiyət edib. Eyni zamanda kəndin içərisində olan bir neçə problemlər onun diqqətinə çatdırılıb. Deputatlığa namizəd də bütün bunlar haqqında qeydiyyat götürərək seçkilərdən sonra  bu məsələlərlə bağlı kəndin nümayəndələrini qəbul edərək müəyyən formada köməklik göstərəcəyini bildirib.


XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031