AKTUAL

“İnsanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər”

“İnsanlar rüşvət verməsə, rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər”
 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev cəmiyyətin bəlasına çevrilmiş bir mövzu ətrafında moderator.az-ın sualını cavablandırıb:

– Qüdrət bəy, bir müddət öncə moderator.az-a açıqlamalarınızın birində rüşvət verənlərin hüquq mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilməməsindən narahatçılığınızı bildirmişdiniz. DTX-nın son açıqlamasında qeyd olunur ki, DSX-nın polkovniki X.Quliyev rüşvət verməyə görə CM-nin 312.2 – ci maddəsi lə məsuliyyətə cəlb olunub. Bu məsələyə münasibətinizi bilmək istərdik.

– Korrupsiyaya qarşı mübarizənin effektivliyi üçün rüşvət alanlarla yanaşı rüşvət verənlərin də həbs olunması son dərəcə zəruridir. Ona görə də artıq rüşvət verənlərin də həbs olunması təqdir olunmalıdır. Dövlətimizin təhlükəsizliyinə, onun iqtisadi inkişafına və beynəlxalq nüfuzuna qarşı böyük təhdidə çevrilmiş korrupsiyaya qarşı ölkə Prezidentinin ciddi dəstəyi ilə DTX tərəfindən səmərəli mübarizə aparılır. Artıq bu işə Prokurorluq orqanları da qoşulub, törədilən cinayətə görə cəzanın labüdlüyü prinsipi təmin edilir. İnsanlarımızın kütləvi şəkildə buna inanacağı təqdirdə korrupsiyaya ciddi zərbə vurulacaq. Ölkəmizdə insanlar rüşvət verməsə rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər. Bundan isə həm özləri, həm də vətəndaşlarımız qazanacaq. Bununla yanaşı dövlət idarəetməsi təkmillədirilməlidir ki, rüşvətxorları ifşa etmək asan olsun. İnsanların kütləvi şəkildə korrupsiyaya bulaşması və onun nəticəsi olaraq kütləvi həbsi onların ailə üzvləri, yaxınları üçün ciddi mənəvi sarsıntılara səbəb olur. Ona görə də dövlət cinayətkarları cəzalandırmaqla yanaşı onunprofilaktikası istiqamətində də ciddi qərarlar qəbul etməlidir. Ailələr isə hər hansı üzvünün həbsindən mənəvi iztirab yaşamamaq üçün aza qane olmalı, onları qanun pozuntularından çəkindirməlidirlər. Əgər kimsə iş yerini itirmək qorxusu səbəbindən qanunları pozmağa məcbur edilirsə bu barədə Prezidentə açıq müraciət etməlidir. Yalnız cəmiyyətin açıq və ciddi  dəstək verəcəyi halda Prezidentin korrupsiyaya qarşı başlatdığı bu müharibədə biz qalib gələ bilərik.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930