Texnologİya

“iPhone”ların satışı 30 faiz azala bilər

“iPhone”ların satışı 30 faiz azala bilər
 Çinin "WeChat” proqramının bütün dünya üzrə "AppStore”dan silinməsi qərarı qəbul edilərsə, "iPhone”ların satışı 30 faiz azala bilər.

Sfera.az xəbər verir ki, "WeChat” tətbiqi Çin ərazisində təkcə ünsiyyət üçün deyil, həm də onlayn alış-veriş, gedişhaqları, eləcə digər gündəlik ehtiyaclar üçün istifadə olunur.

Bu proqram "AppStore”dan silinsə, çinlilərin "iPhone”lara marağı azala bilər. Bu isə satışların 25-30 faiz azalmasına səbəb olar.

Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp ""WeChat” təhdidi ilə mübarizə” barədə fərmanı imzalayıb. Fərmana əsasən, sənəd qüvvəyə mindikdən 45 gün sonra "WeChat”la bağlı bütün ödənişlər qadağan olunacaq.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031