İqtİsadİyyat

“İqtisadi böhran və koronavirusun cəngində qalan Paşinyan daxili gərginliyi azaltmaq üçün təxribata əl atır”-RƏY

“İqtisadi böhran və koronavirusun cəngində qalan Paşinyan daxili gərginliyi azaltmaq üçün təxribata əl atır”-RƏY
 

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Qeyd edilib ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4 nəfər isə yaralanıb.

Paşinyan daxili gərginliyi azaltmaq üçün belə addım atır. Əlbəttə, ordumuz kifayət qədər güclüdür və düşmən qüvvələri qətiyyətlə geri otuzdurulub.

Bu barədə deputat Aydın Hüseynov açıqlama verib.

Deputat bildirib ki, Ermənistanı iqtisadi böhran bürüyüb və digər tərəfdən də koronavirus pandemiyası baş alıb gedir. Ona görə də daxili auditoriya üçün belə bir addım atır:

"Eyni zamanda Ermənistan dövlət sərhədini pozaraq Azərbaycanı təxribata çəkmək və kollektiv təhlükəsizlik iştirakçılarının diqqətini bu istiqamətə yönəltmək istəyir. Əlbəttə biz çox soyuqqanlı olmalıyıq. Ali Baş Komandamız cənab İlham Əliyev bütün situasiyanı düzgün şəkildə qiymətləndirir. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Sadəcə olaraq bu Paşinyanın daxili auditoriyada manevr etmək addımlarıdır. Eyni zamanda qeyd etdiyim kimi Azərbaycanı təxribata cəlb etmək istəyir.

Azərbaycan Ordusu bütövlükdə dünyanın ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusunun nəyə qadir olduğunu 2016-cı il aprel döyüşləri və 2018-ci ildə Naxçıvandakı əməliyyatda sübut edib. Eyni zamanda bütövlükdə orduda olan ruh yüksəkliyi və digər tərəfdən çox müasir silahlarla təchiz olunması baxımından Azərbaycan Ordusu çox qüdrətli ordudur. Lakin hər bir addımın öz məqamı var. Ali Baş Komandamız bütün addımları zərgər dəqiqliyi ilə ölçür-biçir. Hazırda soyuqqanlı yanaşmaq və düşmənə birdəfəlik sarsıdıcı zərbə vurmaq məqamını düşünmək lazımdır”.

(sonxeber.az)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31