İran prezidentindən gözlənilməz etiraf: “Çox ağırdır...”

İran prezidentindən gözlənilməz etiraf: “Çox ağırdır...”

İranın dövlət başçısı Həsən Ruhani ölkəsinin Amerika Birləşmiş Ştatlarının (ABŞ) tətbiq etdiyi embarqo və Covid-19 epidemiyası səbəbindən ən çətin ilini yaşadığını etiraf edib.


Sfera.az-ın məlumatına görə, bazar günü bir televiziya proqramının qonağı olan Ruhani "Pandemiya və düşmənimizin iqtisadi təzyiqləri səbəbindən bu il İran üçün ən ağır il oldu", - deyə bildirib.


"2018-ci ildə başlayan iqtisadi təzyiqlər artdı. Bu gün isə sevimli ölkəmiz ən ağır təzyiqə məruz qalır",- deyə Ruhani fikrini davam etdirib.

 

Qeyd edək ki, koronavirus böhranı ABŞ-nın 2018-ci ildə nüvə sazişini tərk edərək İrana qarşı sanksiyaları bərpa etməsi ilə başlayan iqtisadi problemləri daha da artırıb.


Ötən həftə İran rialı ABŞ dollarına nisbətdə bu günə qədər görünməmiş səviyyədə ucuzlaşıb.


Covid-19 pandemiyası zamanı ağır itkilər verən İranda məhdudiyyətlər qaldırıldıqdan sonra yoluxanların sayı sürətlə artmağa başlayıb.

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031