Dünya

İranda bir gündə COVID-19-dan 148 nəfər ölüb

İranda bir gündə COVID-19-dan 148 nəfər ölüb
 İranda son sutka ərzində 2 449 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Sfera.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari məlumat verib.

IRINN telekanalının efirində o bildirib ki, son bir gündə ölkədə 148 nəfər virusun qurbanı olub.

Beləliklə, İranda ilk dəfə COVID-19 xəstəliyinin qeydə alındığı 19 fevral tarixindən bu yana virusa yoluxanların sayı 237 878, qurbanların sayı isə 11 408 nəfərə çatıb.

Eyni zamanda 198 949 nəfər xəstəlikdən sağalıb.

İyunun 29-da ölkədə pandemiyanın başlanğıcından bu günə qədər ölüm rekordu qeydə alınıb - 162 nəfər.

Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar İran hökuməti iyulun 5-dən ölkənin riskli bölgələrində, ictimai və qapalı yerlərdə maskaların taxılmasını məcburi elan edib.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31