Dünya

İrandakı silsilə partlayışlar – Təşkilatçı İsraildir, yoxsa…

İrandakı silsilə partlayışlar – Təşkilatçı İsraildir, yoxsa…
"İranda baş verən partlayışlar mövcud hakimiyyətə qarşı etirazın təzahürüdür və daxildən qaynaqlanır”.

Bu sözləri Sfera.az-a açıqlamasında İranda nüvə obyektində baş verən partlayışın ardınca Qum şəhərində yerləşən kimya zavodunda da anoloji olayın yaşanmasına münasibət bildirərkən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib:

"İranda bir müddət əvvəl nüvə obyektində, indi isə Qum şəhərindəki kimya zavodunda baş verən partlayış, ümumiyyətlə bu tip hadisələr Tehran tərəfindən adətən terror aktı kimi dəyərləndirilir. Həmişə hesab edirlər ki, bu cür hadisələr xaricdən qaynaqlanır və belə olaylarda İsraili günahlandırırlar. Lakin fakt ondan ibarətdir ki, İranda strateji obyektlər yaxşı qorunmur. Təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir”.

Həmsöhbətimizin fikrincə, İranda baş verən bu təxribatlar heç də Tehranın iddia etdiyi kimi, kənardan qaynaqlanmır: "Sözügedən partlayışlar elə daxildə, həmin müəssisələrin öz içərisində hazırlanan təxribatlardır. Çünki belə strateji obyektlərdə xaricdən hər hansı bir təxribat töprətmək çətindir”.

S. Soltan düşünür ki, bu hadisələrin tez-tez baş verməsi əslində İran daxilində hakimiyyətə münasibətin göstəricisidir: "Düşünürəm ki, İranda baş verən belə olaylara insanların öz rəhbərlərinə, hakimiyyətlərinə günü-gündən artan inamsızlığı təkan verib. Bir neçə il əvvəl Məşhəddə məqbərədə, habelə İran İnqilab Keşikçilərinin paradında baş verən partlayışlar heç də adi texniki nasazlıqdan, təhlükəsizlik tədbirlərinə əməl etməmələrindın baş verməyib”.
 
Elçin
 

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31