Dünya

İraqda koronavirusa yoluxanların sayı artır

İraqda koronavirusa yoluxanların sayı artır

İraqın Ərbil şəhərində koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Sfera.az Akşam-a istinadən xəbər verir ki, bunu bölgənin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, yoluxmuş şəxs 33 yaşlı qadındır.

İraqın şimalındakı kürd muxtar vilayətində daha öncə 8 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.

Beləliklə, İraqda koronavirus daşıyıcılarının sayı 47-yə yüksəlib, ölənlərin sayı isə 4-dür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-yə çatıb. Bunların 57 624 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (report)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930