Maqazİn

İş adamından ayrılan Aygünün paylaşımı gündəm oldu: "Sayəndə 628 min qazandım"

İş adamından ayrılan Aygünün paylaşımı gündəm oldu:
Məşhur iş adamı Hakan Sabancı ilə sevgili olmuş türkiyəli aktrisa Aygün Aydın yeni qalmaqalla gündəmə gəlib.
 
Sfera.az bildirir ki, iş adamı ilə münasibətini sübut etmək üçün onunla olan mesajlarını ifşa edən aktrisa sosial şəbəkə hesabında daha bir paylaşım edib. Belə ki, o, Hakana vida mesajı yazaraq hətta münasibətdə olduqları müddətdə qazandığı pulların da hesabını verib.

"Səninlə tanışdığıma görə 157 iş birliyi edib 628 min lirə qazandım. Maddi imkanı olmayan 3140 tələbəyə kitab göndərdim. Sən olmasaydın, bu qədər şeyi bacara bilməzdim. Ümid edirəm, bir gün fiziki xoşbəxtlikdən daha önəmli şeylərin olduğunu başa düşərsən”, - deyə Aygün paylaşımında qeyd edib.

"Bir daha görüşməmək ümidilə, əldiva”, - sözlərini də vida mesajına əlavə edən aktrisanın paylaşımı birmənalı qarşılanmayıb. Bir çox izləyicisi aktrisanı tənqid edərək bu cür mesajı ancaq həmin şəxsin özünə göndərməyi məsləhət görüblər. Münasibətdən pul qazandığı ilə bağlı məlumatı hamıya açıq şəkildə paylaşmağın isə yalnız öz karyerasına mənfi təsir edəcəyi aktrisanın diqqətinə çatdırılıb. 

Türkan
Sfera.az

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31