Cəmİyyət

İcra başçısının işdən çıxarılan müavini haqda iddia: Oğlunun Kaliforniyada biznesi var

İcra başçısının işdən çıxarılan müavini haqda iddia: Oğlunun Kaliforniyada biznesi var
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov işdən çıxarılan müavinə yeni vəzifə verib.

Belə ki, İlqar Abbasovun əmri ilə Yolçiyev Etibar Səlim oğlu Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib. Qeyd edək ki, E.Yolçiyev başçının bacanağıdır və İlqar Abbasov Suraxanı rayon icra Hakimiyyətinin başçısı olarkən müavini olub.


Sfera.az-ın əldə etdiyi məlumata görə, işdən çıxarılan və ardından köməkçi təyin olunan Etibar Yolçiyev oliqarxlaşmış məmurlardan sayılır. Onun ölkə daxilində və xaricində ciddi biznes strukturlarına rəhbərlik etdiyi bildirilir. ABŞ-ın Koliforniya ştatında biznesini çiçəkləndirən E.Yolçiyevin oğlunun sərvəti isə kifayət qədər böyükdür.


Redaksiyamıza daxil olan məlumatda Etibar Yolçuyevin oğlunun uzun illərdir Kaliforniyada yaşadığı, Azərbaycana gəlmədiyi və çox spesifik bizneslə məşğul olduğu bildirilir. Bu iddialarla bağlı Etibar Yolçuyevlə əlaqə yaratmaq cəhdlərimiz uğursuz oldu.

 

 

 

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031