Cəmİyyət

İşğaldan azad edilmiş torpaqlarda yeni tədqiqat işlərinə başlanılır - RƏSMİ

İşğaldan azad edilmiş torpaqlarda yeni tədqiqat işlərinə başlanılır - RƏSMİ
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlarla birlikdə "Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanmasına başlayıb”. 

Sfera.az xəbər verir ki, bunu Beynəlxalq bitki sağlamlığı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir qeyd edib ki, kitabın hazırlanmasında böyük tədqiqat işləri aparılacaq:

"Aidiyyəti qurumlarla birlikdə çöl işləri aparılacaq, həm də işğaldan azad olunmuş torpaqlarda olan bitkilərlə bağlı araşdırmalar gedəcək”, - deyə M.Babayev əlavə edib.

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30