No Image
No Image

İslahatlara müqavimət göstərən deputat: İmamverdi İsmayılov

İslahatlara müqavimət göstərən deputat: İmamverdi İsmayılov

Dövlət başçısı bütün sahələrdə islahatlara start verib. Ölkənin bütün sosial-iqtisadi, siyasi həyatını əhatə edən dərin, köklü islahatlar kursu "özünü buraxan” parlamentdən yan keçdimi?

Bir çox namizədlər üzərində Secki.net  olaraq apardığımız təhlillər onu göstərir ki, parlament islahatına qarşı ciddi müqavimət var. Məsələn, deputat "seçiləcəyi” şübhə doğurmayan İmamverdi İsmayılovun növbəti dəfə bu dairədən namizəd olması Azərbaycan üçün olduqca mühüm olan belə bir situasiyada bir çox suallar yaradır.

 Axı nə baş verir?

Secki.net xəbər verir ki, uzun illər zəngilanlıların problemlərinin həllində zərrə qədər həlledici vintilə çevrilməyi bacarmayan İmamverdi İsmayılova növbəti etimad nəyin göstəricisidir? İ.İsmayılovu YAP üçün keçilməz edən nədir? Yaxud hakim partiya narazılıqların daha çox olduğu məcburi köçkün rayonunun deputatını niyə dəyişmək istəmir? Daha gənc, intellektual, cibi ilə deyil, başı ilə düşünməyi bacaran şəxslər nə üçün bu dairədən namizəd göstərilmədi? Əvvəla, qeyd edək ki, İ.İsmayılov oliqarx-deputat statusunu almış bir şəxsdir, halbuki, o, indiyə qədər seçkilər zamanı gəlir deklorasiyasını təqdim etməyib. İ.İsmayılov! Oturduğu masada düyməni basıb "özünü buraxan”lardan biri də O oldu… Əslində bu o demək idi ki, yeni parlament formalaşdırın, biz layiq olmadıq, aparılan islahatlara uyğunlaşa bilmirik. Bəs bu, nə məntiqdir? Özünün uzun illərki deputatlıq fəaliyyətinin əleyhinə səs verib "özünü buraxan” bir adam islahatlarla layiq olmaq üçün bundan sonra sehrbazlıqmı edəcək? Bəlkə özünü "buraxıb tutduqca” qabiliyyət, savad, millilik daha da artmış olur?

Onun Adil Əliyev, Qənirə Paşayeva, Zahid Oruc kimi həmkarlarından fərqi budur ki, başı biznesdən açılmır. Digər deputatlar ən azı arabir seçicilərlə görüşür, onlara edilən müraciətlərdən bəzilərini həll etməyə çalışır. İmamverdi İsmayılovun isə üzünü görən olmayıb. İ.İsmayılov haqqında cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda da onun adının daha çox deputat fəaliyyətilə deyil, qalmaqallarla gündəmdə olduğunu gördük. Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir.

Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır. İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur. Bu isə heç şübhəsiz deputatın oğlu – Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru, kapitan İlkin İsmayılovun "hünəridir”. Bu, həmin İlkin İsmayılovdur ki, adı qalmaqallı bir qətl işinə qarışmışdı. Belə ki, Qubada oteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobil də məhz İsmayılovlara məxsus olduğu deyilən 999 seriyası ilə olub.

Yerli mediada yazılan digər bir iddiaya görə, İ.İsmayılov qeyri-rəsmi məclislərin birində "quş” buraxıb. İddialara görə, deputat mandatı öz puluna aldığını və kimsədən asılı olmadığını söyləyibmiş. Onun bu çıxışı yuxarıların da qulağına çatıb və məsələ böyüyüb. Deputatın nəzərinə çatdırılıb ki, aldığı mandatı bir gecənin içərisində itirə bilər və toxunulmaz olan biznesinə də əl qoyular. Bununla belə, İsmayılov bu seçkilərdə də deputat olacağına əmindir. Bir müddət əvvəl isə deputat oğlunun direktoru şagirdlərin önündə döyməsi xəbəri ilə gündəmə gəlmişdi. Yəni, mətbuatda yayılan məlumatlar bunlardır, İ.İsmayılovun 3 illik fəaliyyəti qalmaqallarla əhatələnib.

Yayılan məlumatlarla bağlı hörmətli İ.İsmayılovun mövqeyini dərc etmək istəsək də, ona zəng çatmadı, fikirlərini işıqlandırmağa hazırıq!

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vaksinasiya ilə bağlı bütün DETALLAR: Baş nazirin imzaladığı sərəncamın TAM MƏTNİ

Nazirlər Kabineti "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edib. Sfera.az xəbər veri...

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılır

Azərbaycanda bu gündən vaksinasiyaya başlanılır. Sfera.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan COVAX platformasında iştirak edir, eyni...

İlk olaraq Oqtay Şirəliyev peyvənd olunacaq

Məlum olduğu kimi, bu gündən Azərbaycanda koronavirus (COVİD-19) əleyhinə peyvəndləmə başlanır. Sfera.az-ın məlumatına görə, TƏBİB-dən Modern.az-a bildiri...

SMS icazə ləğv edildi

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar imzalayıb. Qərara əsasən, 2021-ci il 18 yanvar ...

Penitensiar xidmətdən məhkumun ölüm səbəbi ilə bağlı - AÇIQLAMA

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonl...

Polisdən icazəsi olmayan şəxslərlə bağlı - XƏBƏRDARLIQ

Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Nazirlər Ka...