Dünya

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO
 28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən "15 İyul Şəhidlər”, "Fatih Sultan Mehmet” və "Yavuz Sultan Səlim” körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Sfera.az xəbər verir ki, mayın 27-si və 28-i keçiriləcək tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Qalata Qülləsi tarixi boyu ilk dəfədir xarici ölkənin bayrağının rənglərinə bürünür.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031