No image
Hadİsə

İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib - FOTO

İsveçdə daha bir azərbaycanlı koronavirusdan vəfat edib - FOTO
 Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğlu İsveç Krallığında koronavirusdan (COVID-19) vəfat edib.

Sfera.az xəbər verir ki, bunu report-a İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand bildirib.

Əslən Neftçala rayonundan olan M.Hüseynov Stokholmda ötən gecə xəstəxanada vəfat edib. Ailəsi mərhumun Azərbaycana gətirilərək Vətəndə dəfn olunmasını istəyir. 

N.Hollenbrand qeyd edib ki, İsveçdə daha bir 47 yaşlı azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc aprelin sonunda koronavirus pandemiyasından vəfat edib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930