İdman

İtaliya çempionatında ötən mövsümün ən yaxşı futbolçusu bilindi

İtaliya çempionatında ötən mövsümün ən yaxşı futbolçusu bilindi
 İtaliya A Seriyasında 2019/2020 mövsümünün ən dəyərli futbolçusu müəyyənləşib.

Sfera.az xəbər verir ki, "Yuventus"un hücumçusu Paulo Dibala ötən çempionatın ən yaxşısı seçilib.

Argentinalı forvard meydana çıxdığı 33 matçda vurduğu 11 qol və eyni sayda məhsuldar ötürmə ilə komandasının çempionluğunda yaxından iştirak edib.

Qeyd edək ki, "Yuventus"un futbolçuları son 9 ildə ardıcıl 8-ci dəfə bu titula sahib çıxıblar. 2012, 2013 və 2014-cü illərdə Andrea Pirlo, 2015-ci ildə Karlos Teves, 2016-cı ildə Leonardo Bonuççi, 2017-ci ildə Canluici Buffon, 2019-cu ildə isə Kriştianu Ronaldu ilin ən yaxşısı adına layiq görülüb. 2018-ci ildə isə "İnter"in sabiq hücumçusu Mauro İkardi bu nominasiyada birinci olub.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930