AKTUAL

İtaliyalı həkim koronavirusla bağlı məşhur mifi rədd etdi: “20 YAŞLI XƏSTƏMİZ DƏ VAR…”

İtaliyalı həkim koronavirusla bağlı məşhur mifi rədd etdi: “20 YAŞLI XƏSTƏMİZ DƏ VAR…”

Lombardiya (İtaliya) klinikasının intensiv terapiya şöbəsinin müdiri Antoni Pesenti, koronavirus infeksiyasının ağır formalarının yalnız yaşlı insanlarda göründüyünə dair populyar inamı rədd edib. Bu barədə "Sky News” məlumat yayıb.

Həkimin sözlərinə görə, onun şöbəsində vəziyyəti ağır kimi qiymətləndirilən koronavirus xəstələrinin yarısının yaşı 65-ə çatmayıb.

"Bizim 20 və 30 yaşlarında xəstələrimiz var. Onların sayı çoxdur, onlar da yaşlılarla eyni ağır vəziyyətdədirlər”, – deyə Pesenti vurğulayıb.

Antoni Pesentinin sözlərinə görə, yoluxan təqaüdçülər və gənclər arasında yeganə fərq gənclərin sağlam olması, daha az xəstəliklərdən əziyyət çəkməsidir: "Bu səbəbdən də sağ qalma nisbəti onlarda daha çoxdur”.

oxu.az

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930