AKTUAL

İternetdən alış-veriş edirsinizsə bu YAZINI OXUYUN – Təhlükə var

İternetdən alış-veriş edirsinizsə bu YAZINI OXUYUN – Təhlükə var

İnternet üzərindən alış-veriş edərkən, həm sifariş etdiyin məhsulu almadan itirmək, həm də kartındakı puldan məhrum olmaq riskin var.

 

Sfera.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu "İntellektual rezerv” şirkətinin direktoru və tərəfaşı Pavel Myasoyedov bildirib.

 

"Bunun qarşısını almaq üçün kompüterinizə və ya mobil telefonunuza vaxtaşırı yenilənməli olan yaxşı bir antivirus proqramı yükləsəniz, yaxşıdır. Buşübhəli sayta keçməyinizin qarşısını ala bilər. Alqı-satqı etməzdən öncə satın almaq istədiyiniz məhsul və satıcı haqda kənar saytlarda yer alan rəylərlə tanış olsanız, yerinə düşər. Çünki məhsulun keyfiyyəti və çatdırılma müddəti ilə bağlı xoşagəlməz təfərrüatlar aşkar edilə bilər”,- deyə, ekspert əlavə edib.

 

"Əgər sifariş kuryer tərəfindən gətirilirsə, haqqını ödədiyin məhsulsuz qalmamaq üçün ödənişi sifariş etdiyin məhsul sənə çatdırıldıqdan sonra (əvvəlcədən yoxlayıb, real məhsulun sifariş verdiyin məhsul olduğuna əmin olduqdan sonra) etmək məsləhətdir. Əgər bu mümkün deyilsə, əmək haqqı və pul köçürülmələri edilməyən bank kartından istifadə edə bilərsiniz”,- deyə, ekspert vurğulayıb.

 

Onun sözlərinə görə, bu halda fırıldaqçılar sizdən kartda olan məbləğdən artıq pul oğurlaya bilməzlər.

 

 

Sfera.az

Selcan

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X