Cəmİyyət

Kanadadakı azərbaycanlı tələbələr bu gün vətənə yola düşəcək

Kanadadakı azərbaycanlı tələbələr bu gün vətənə yola düşəcək
Kanadada təhsil alan azərbaycanlı tələbələr bu gün ölkəmizə yola düşəcək.

Bu barədə "Report”un yerli bürosuna açıqlamasında ABŞ-ın Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova deyib.

N.Əliyarova bildirib ki, tələbələrdən bir neçəsi artıq Nyu-Yorkdadır: "Bu gün isə 20 tələbəmiz də Nyu-Yorka gələcək və Azərbaycan Hava Yollarının Nyu-York-Bakı təyyarəsi ilə ölkəmizə yola salınacaq. ABŞ ilə Kanada arasında koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə sərhədlərini bağlamağa hazırlaşır. Bu müddətdə tələbələrimin ölkəmizə gedib, ailələlərin yanında olması ən doğru qərardır”.

Qeyd edək ki, ABŞ ilə Kanada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə təxirəsalınmaz səfərlər istisna olmaqla, bütün səfərləri dayandırmağa hazırlaşır.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930