Krİmİnal

Karantin rejimini pozan kafe qapadıldı - Foto

Karantin rejimini pozan kafe qapadıldı - Foto

Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub,

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində  davam etdiriləcək.

Karantin rejimini pozan kafe qapadıldı - Foto

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031