No Image
No Image

Karantində olan xəstələrə cəza xəbərdarlığı: “HƏKİMLƏRƏ ZOR TƏTBİQ EDİRLƏR…”

Karantində olan xəstələrə cəza xəbərdarlığı: “HƏKİMLƏRƏ ZOR TƏTBİQ EDİRLƏR…”
 

Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Hazırda bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda tibbi baxımından tədbirlər həyata keçirilir, ictimai məkanlarda dezinfeksiya işləri aparılır və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır.

Bu barədə Sfera.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, Azərbaycan ərazisinə keçən şəxslər, həmçinin ölkə ərazisindəki vətəndaşlarda visurun əlamətləri aşkarlandıqda təlimata uyğun olaraq karantinə götürülərək müvafiq xəstəxanalara yerləşdirilir, həmin müddətdə müəyyən testlər və müalicə aparılır: "Təəssüflə bildiririk ki, koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, çağırışa gələn təcili tibbi yardım heyətinə qarşı müvaqimət göstərərək həkim nəzarətinə götürülməkdən yayınmağa çalışır. Bununla əlaqədar əhaliyə müraciət edərək bildiririk ki, virusun əlaməti aşkarlanan şəxsin həkim nəzarətinə götürülməsi onun müalicəsinin aparılması zərurəti ilə yanaşı, ailə üzvlərinin, ətrafdakı şəxslərin virusa yoluxmaması baxımından vacibdir. Bununla həmin şəxs özü və yaxınlarının səhhətinin qeydinə qalmış, həmçinin virusun ölkə ərazisində yayılmasının qarşısını almış olacaq”.

Məlumatda bildirilib ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək: "Eyni zamanda vətəndaşlarımıza virusdan qorunmaq üzrə gigiyena təlimatlarına riayət etməyi, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, ciddi zərurət yaranmadığı halda xarici ölkələrə səfərlərini müvəqqəti ertələməyi tövsiyə edirik”.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Saxlanan gömrük işçisi icra başçısının kürəkəni çıxdı - TƏFƏRRÜAT

  Xəbər verdiyimiz kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs s...

Karantində olan xəstələrə cəza xəbərdarlığı: “HƏKİMLƏRƏ ZOR TƏTBİQ EDİRLƏR…”

  Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Hazırda bununla bağlı müvafiq maarifl...

“Novruz bayramına qədər məktəblər bağlansın” – QUBAD İBADOĞLUDAN TƏKLİF

  "Gələn həftədən Bakı, Gəncə, Sumqayıt və respublika tabeli digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər dayandırılsın”...

ABŞ-ın ölkəmizdəki səfirliyindən vətəndaşlarına çağırış: "SƏNƏDLƏRİNİZİ ƏL ÇATAN YERLƏRDƏ..."

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb. "Yaxın Şərqdə gərginlik artır, bu, xaricdəki ABŞ vətəndaşları üçün tə...

"Sizə gözləmədiyiniz yerdə zərbə endirəcəyik" - Süleymani Trampı belə hədələmişdi, əksinə oldu

ABŞ prezidenti Donald Trampın göstərişi ilə Bağdad aeroportu ərazisində avtomobil kolonuna endirilən raket zərbəsi nəticəsində həyatını itirən İran generalı Qas...

Çinin Quranı yenidən yazmaq niyyətinə SƏRT ETİRAZ

"Çinin bu addımı Qurana müdaxilədir, belə hal heç bir zaman qəbul edilməyib, edilə də bilməz”. Sfera.az-a açıqlamasında bu sözləri Çin hökumətinin...