Maqazİn

Kənan İmirzalıoğludan Azərbaycanla bağlı maraqlı jest - FOTO

Kənan İmirzalıoğludan Azərbaycanla bağlı maraqlı jest - FOTO
Kənan İmirzalıoğlunun aparıcılıq etdiyi "Kim milyoner olmaq istəyir?" proqramının sonuncu buraxılışında Azərbaycana dəstək məqsədi ilə iştirakçıya Qarabağla bağlı sual verilib.
 
Sfera.az xəbər verir ki, dünyaca məşhur olan və bir çox dünya ölkələrinin sevə-sevə izlədiyi bilik oyununda iştirak edən iştirakçıya Qarabağla bağlı "Dövrümüzdə bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycana aid tarixi və coğrafi bölgənin adı nədir?", - sualı verilib.

Kənan İmirzalıoğlu həmin kadrı da "Twitter" hesabında paylaşaraq "Bütün dünya bu cavabı yəqin ki, bilir"- şərhini yazıb. İmirzalıoğlu eyni zamanda Azərbaycana dəstək olan "Twitter" istifadəçilərinin bir-birini izləməsini, bu halda daha güclü olacağımızı bildirib.

Serial, kino və TV ulduzu öz hesabında Ermənistanın Gəncəyə son hücumuna ayrıca yer verib. Kənanın ilk tviti uşaqların qətliamı ilə bağlı olub: "Uşaqların öldüyü yerdə insanlıqdan nifrət etməmək mümkün deyil".

Daha sonra aktyorun "Vətənmi istədiniz beşikdəki körpədən?" statusu ötən gün Türkiyə və Azərbaycan sosial şəbəkə istifadəçilərinin ən çox yaydığı paylaşım olub.

Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu "Twitter" hesabında aktiv şəkildə Azərbaycana dəstəyini nümayiş etdirib.






XƏBƏR LENTİ

«    Dekabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031