Cəmİyyət

KƏSKİN ARTIM! Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi

KƏSKİN ARTIM! Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi
 Azərbaycanda 104 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 1 nəfər isə bu virusdan vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202 282 test aparılıb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031