Maraqlı

Keysəriyyə əməliyyatı etdilər, amma uşaq tapılmadı– Həkimlər və ana ŞOKDA

Keysəriyyə əməliyyatı etdilər, amma uşaq tapılmadı– Həkimlər və ana ŞOKDA
 38 yaşlı qadın qarnında kəskin ağrılarla xəstəxanaya gəlir.

USM müayinəsi onun 34 həftəlik hamilə olduğunu bildirəndə qadın şoka düşür, çünki o, hamiləliyini bilmirdi. Artıq nəvəsi olan qadın uşaq dünyaya gətirmək fikrində olmayıb.
 
Vəziyyət kritik olduğundan xəstə təcili keysəriyyə əməliyyatı olunur. Lakin uşaqlığı kəsən həkim orda döl görmür, yəni uşaq yoxdur.

Sfera.az xəbər verir ki, bu nadir tibbi hadisə Voronej xəstəxanasında ötən ay baş verib.
Qadın isə Boquçar regionundan idi.

USM-də sıx toxuma kimi görünən uşaqlıq əslində elə dölün özü imiş və o uşaqlıqda yox, qarın boşluğunda inkişaf edib.
40 ilin təcrübəli ginekoloqları dərhal ikinci kəsik apararaq, uşaqlıqdan kənar inkişaf etmiş kisəciyi kəsərək orda körpəni aşkarlayır.

Dünyaya sağlam, normal qız uşağı doğuldu.

Bu hadisə dünya ginekologiya tarixində 17-cidir. Hansı ki, uşaq uşaqlıqda yox, kənarda inkişaf edib.

Həkimlər bu faktı möcüzə adlandırır. Çünki aylardır ana da, uşaq da təhlükə ilə iç-içə yaşayıblar. Hər an daxili orqanlar partlaya bilərdi.

Yarımçıq doğulsa da körpə özünü tez toparladı. Ana isə çox qan itirdiyindən 2 həftə reanimasiyada qaldı. Buna baxmayaraq, onun həyatı xilas edilib.
 
(medicina.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930