No Image
No Image

Könül Xasıyeva evini niyə satıb? – Özü danışdı

Könül Xasıyeva evini niyə satıb? – Özü danışdı

Sosial mediada Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın Bakıdakı evini satması ilə bağlı xəbər yayılıb.

 

Sfera.az məsələni dəqiqləşdirmək üçün xanəndə ilə əlaqə saxlayıb.


Sevimli sənətkar evini həqiqətən satdığını desə də yayılan məlumatlarda yanlışlıq olduğunu bildirib:

 

"Bu xəbəri eşidəndə məyus oldum. Çünki yalnış məlumat verilib. Mən Şəkidəki evimizi satışa çıxarmışdım. Onu da bu ayın 20-də satdım. Oradakı evimizdə nəmişlik var idi. Bu da mənim səhhətimə ciddi təsir göstərirdi. Məhz bu səbəbdən satmağa qərar verdim. Ancaq Bakıdakı evimi satmamışam".

 

Sənətçi səhhətində müsbət irəliləyişlərin olduğunu da söyləyib.

 

"Saytınız vasitəsilə bildirmək istəyirəm ki, məni sevənlər narahat olmasın. Səhhətim çox yaxşıdır. Qələbə xəbərlərini eşitdim, bir az da yaxşı oldum. Müalicələrimi də vaxtında etdirirəm. Buna görə də ilk öncə dövlət başçımıza və ailəsinə minnətdaram ki, hər zaman məni diqqətdə saxlayırlar”.

 

Jalə Mehdi

Sfera.az

 

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vüqar Səfərli apelyasiya şikayəti verdi - Ev dustaqlığı istəyir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmi...

“Putinin yaxın ətrafı, rusiyalı oliqarxlar və...” – Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar

Avropa Birliyi Parlamenti yeni antirusiya sanksiyaları ilə bağlı çağırış edib. Avropa Parlamentinin iclasında iştirak edən 675 deputatdan 581-nin dəstə...

Toylara icazə verilməlidir – Sosioloq doğum sayındakı kəskin azalmanın fəsadlarından danışdı

Sosioloq Əhməd Qəşəmoğlu: "Nikahların sayının azalması demoqrafik göstəricilərə təsir edəcək, ölkəyə miqrantlar axın edəcək ki, bununla da etnik tərkib dəyişə...

Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti Trampdan nə ilə fərqlənəcək?

"Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. O keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcək".   Sfera.az xəbər verir ki, bun...

Kəmaləddin Heydərovun qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü - FOTO

Məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş) səhhətindəki problemlər səngimək bilmir. Sfera.az xəbər verir ki, hepatit C mənşəli xroniki...

Pensiyalar nə qədər artacaq? – Sadə izah

2021-ci ildə də pensiyaların indeksləşdirmə dərəcəsi yüksək olacaq.   Sfera.az bildirir ki, hər il pensiyalar orta əmək haqqının artım tempinə uyğun ol...